QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Tacikistan Müdafiə Nazirliyinin nümayəndə heyəti döyüş əməliyyatlarının tətbiqi, modelləşdirilməsi və simulyasiyası sahəsində təcrübə mübadiləsi aparmaq üçün Azərbaycana gəlib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, qonaqlar qurumun bir neçə struktur bölməsinə baş çəkib, burada yaradılan xidmət şəraiti ilə tanış olublar. Onlara nazirliyin müvafiq qurumları və fəaliyyət istiqamətləri barədə məlumat verilib, ünvanlanan suallar cavablandırılıb.
Nümayəndə heyəti Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində də olub. Qonaqlara Mərkəzin işi, eləcə də kompüter dəstəkli komanda-qərargah təlimlərinin hazırlanması və keçirilməsi haqqında məlumat təqdim edilib.