QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektor müavini Talat Canbolatın başçılıq etdiyi nümayəndə heyəti tədris gəzintisi proqramı ilə Azərbaycana gəlib.
Səfərin əvvəlində qonaqlar Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Nümayəndə heyəti həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyində olub.
Proqram üzrə keçirilən görüşdə Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülov və qonaqlar hərbi təhsil sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparıblar. Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim ediblər.
Nümayəndə heyəti səfər müddətində Milli Müdafiə Universitetinin tabeliyində olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, Qənimətlər Parkına və Heydər Əliyev Mərkəzinə də baş çəkib.