QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Nümayəndə heyəti Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarın üzərinə əklil və gül dəstələri qoyub.