QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Misirdə baş verən yanğınla bağlı başsağlığı mesajı yayıb.
Nazirliyin X hesabında paylaşılan açıqlamada Giza vilayətində yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə baş vermiş qəza nəticəsində yaranan yanğının çoxsaylı insan tələfatına və xeyli sayda şəxsin xəsarət almasına görə kədər ifadə olunub.
Bəyanatda həlak olanların ailələrinə, eləcə də Misir Ərəb Respublikasının hökumətinə və xalqına başsağlığı verilib. Xəsarət alanlara tezliklə və tam sağalmaları arzulanıb.
Məlumata görə, Misirdə neft məhsulları daşıyan sistern dairəvi yol qovşağında aşdıqdan sonra yanğın başlayıb. Hadisə nəticəsində 31 nəfər ölüb, 21 nəfər yaralanıb.