QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk on ayında Azərbaycanın Suriyaya mal ixracının dəyəri 388 milyon 347 min 870 ABŞ dolları olub.

Həmin müddətdə Suriyadan Azərbaycana 567 min 130 dollar məbləğində məhsul gətirilib.

Beləliklə, iki ölkənin ticarət dövriyyəsi 388 milyon 915 min dollara yüksəlib. Bu məbləğin 99,85 faizi Azərbaycanın Suriyaya ixracının payına düşüb.