QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ dolları Federal Ehtiyat Sisteminin (FES) dekabrda faiz dərəcəsini artıracağı gözləntiləri və səhm bazarlarındakı satışların artması fonunda mövqelərini gücləndirir. Dolların üçüncü ay dalbadal yüksəlişlə başa vuracağı proqnozlaşdırılır.
Cümə günü dollar indeksi 1,8 faiz artaraq 103,8 bəndə yüksəlib. Fyuçers bazarında FES-in dekabrda faiz dərəcəsini 0,25 faiz bəndi artırması ehtimalı 99 faiz hesablanır. Faizin 0,5 faiz bəndi yüksəldiləcəyi ilə bağlı gözləntilər isə azalıb.
Avropa Mərkəzi Bankına (AMB) İspaniya Mərkəzi Bankının keçmiş rəhbəri Pablo Hernandez de Cosun rəhbərlik edəcəyi barədə xəbərlərdən sonra avro 1,0964 dollar səviyyəsində dəyişməyib. Bu seçim AMB-nin pul siyasətində davamlılığın saxlanacağına işarə kimi qiymətləndirilir.