QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakının Nərimanov rayonundakı City Garden Narimanov yaşayış kompleksində mənzil almaq istəyənlərə üç fərqli ödəniş modeli təklif olunur.

Alıcılar mənzilin sahəsinə, tikintinin gedişinə və şəxsi büdcələrinə uyğun olaraq faizsiz daxili kredit, ipoteka və ya güzəştli kredit seçə bilərlər. Satışda 49,39 kvadratmetrlik ikiotaqlı studiyalardan 169,74 kvadratmetrlik dördotaqlı mənzillərədək müxtəlif seçimlər var.

Tikintinin ilkin mərhələsində mənzil alanlar 49,39–85,08 kvadratmetr sahəsi olan variantları nəzərdən keçirə bilərlər. İlkin ödəniş 30 faiz təşkil edir, qalan məbləği isə 18 ayadək faizsiz daxili kreditlə ödəmək mümkündür.

Hazır və tikintisi daha irəliləmiş mərhələdə olan binalarda 58,84–169,74 kvadratmetr sahəli mənzillər təqdim edilir. Bu seçimlər üzrə ilkin ödənişi 20 faizdən başlayan, müddəti 20 ilədək olan ipoteka mövcuddur. Tikintisi davam edən binalar üçün güzəştli kreditin illik faiz dərəcəsi 8 faizdən başlayır.

Kompleksin 21 hektarlıq ərazisinin 17,3 hektarı, başqa sözlə, təxminən 82 faizi yaşıllıq sahələrinə ayrılıb. Layihədə üç kilometrlik piyada yolu, 1,5 kilometrlik velosiped zolağı, idman meydançaları, uşaq oyun zonaları və ailələrin istirahəti üçün məkanlar nəzərdə tutulub.

City Garden Narimanov “Nəriman Nərimanov” metro stansiyasından təxminən 720 metr aralıda, Heydər Əliyev prospektinin yaxınlığında yerləşir. Kompleksin infrastrukturuna ticarət və iaşə obyektləri, avtomobil dayanacaqları, eləcə də 24/7 mühafizə sistemi daxildir.

Mənzillər premium təmirlə təhvil verilir. Təmir işlərində HARO, GROHE, GEWISS, Prysmian, Zambaiti Parati və Infinity brendlərinin məhsullarından istifadə edilir. Bu səbəbdən alıcılar əlavə təmir işləri aparmadan yeni mənzillərinə köçə bilərlər.

Satışdakı mənzillərin planları, qiymətləri və ödəniş şərtləri barədə məlumatı Kristalın satış ofisindən almaq və ya *1544 qısa nömrəsinə zəng etmək mümkündür. Kompleksin ünvanı Nərimanov rayonu, Xəzri küçəsidir.