QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Chery-nin yeni flaqman modeli Arrizo 9 Çində rəsmi qeydiyyat sənədlərində qeydə alınıb. Beş metr uzunluğundakı sedan iki turbo benzin mühərriki və hibrid qurğu ilə satışa çıxarılacaq.

Avtomobilin görünüşü Audi A7-ni xatırladır. Benzin mühərrikli versiyalardan biri 200 at gücünə malik 1,6 litrlik, digəri isə 261 at gücündə 2,0 litrlik turbomühərriklə təchiz olunacaq. Bu variantların yanacaq sərfiyyatı 100 kilometrə müvafiq olaraq 6,39 və 6,77 litr təşkil edir.

Hibrid Arrizo 9-da 156 at gücünə malik 1,5 litrlik benzin mühərriki yer alacaq. Hibrid versiyanın hər 100 kilometrdə sərfiyyatı 5,35 litr olacaq.