QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, MiniBoss Business School Bakıda fəaliyyətə başlayacaq ikinci filialı üçün qəbul açıb. Uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan proqram iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edir.
Tədrisin məqsədi iştirakçılarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, maliyyə savadlılığı, liderlik və qərarvermə bacarıqları qazandırmaqdır. Proqram çərçivəsində biznes ideyalarını praktik layihələrə çevirmək üçün ilkin bilik və təcrübə də veriləcək.
Tədris üç mərhələdən ibarətdir. Nəzəriyyə bölməsi 7 noyabr 2026-cı il–9 yanvar 2027-ci il tarixlərində keçiriləcək. İştirakçılar biznesin və sahibkarlığın əsasları, biznes planı, məhsulun hazırlanması, təchizatçı və material seçimi, büdcə və qiymətqoyma ilə tanış olacaqlar. Həmçinin PR, marketinq, satış və biznesin inkişafı mövzuları tədris ediləcək.
16 yanvar–13 mart 2027-ci il tarixlərini əhatə edən praktiki bölmədə biznes təfəkkürü, analitik yanaşma və qərarvermə bacarıqlarının inkişafına üstünlük veriləcək. Öyrənilən biliklər tapşırıqlar üzərində tətbiq olunacaq.
Yekun layihə mərhələsi 17 aprel–7 iyun 2027-ci il tarixlərində təşkil ediləcək. İştirakçılar sahibkarlıq biliklərindən istifadə edərək layihə hazırlayacaq, biznes ideyalarını işləmək və təqdim etmək təcrübəsi qazanacaqlar.
Proqramda maliyyə savadlılığı və büdcə planlaması, liderlik, qərarvermə, komanda işi və əməkdaşlıq bacarıqları inkişaf etdiriləcək. İştirakçılar real biznes layihələri üzərində işləmək və qrant imkanlarından yararlanmaq, eləcə də Startap Forumunda və milli çempionatda iştirak etmək imkanı əldə edəcəklər. Proqramı uğurla bitirənlərə beynəlxalq sertifikat veriləcək.
Dərslər hər şənbə günü iki saat davam edəcək. İştirakçılar yaş qruplarına uyğun bölünəcək, tədris materiallarını isə MiniBoss Business School təmin edəcək. Bütün dərslər və tədris prosesi ingilis dilində aparılacaq.
Filialın ünvanı Bakı şəhəri, Atatürk prospekti 134-dür. Qeydiyyat və məlumat üçün +994 50 226 56 65 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.