QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyalarının ödənişi başa çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bildirdiyinə görə, vəsaitləri Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu ödəyib.

Vətəndaşlar pensiyalarını plastik kartlarından istifadə edərək müvafiq bankların bankomatlarından nağdlaşdıra bilərlər.