QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ötən gün axşamdan Şimal bölgəsində hava şəraiti kəskin dəyişib və dağlıq ərazilərə qar düşüb.
Yağıntı daha çox Quba, Qusar və Xızı rayonlarının dağ kəndlərində müşahidə olunub. Xınalıq sakinlərinin bildirdiyinə görə, səhər kənddə qar örtüyünün qalınlığı 15 santimetrə çatıb.
Qar yağması dağlıq ərazilərdə temperaturun azalmasına və mənfi göstəricilərə enməsinə səbəb olub.