QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, məktəblərin bir qismi cari və növbəti illərdə adambaşı maliyyələşmə sisteminə keçəcək. Maliyyə naziri Sahil Babayev bu barədə Milli Məclisin bir neçə komitəsinin birgə iclasında danışıb.
Nazirin sözlərinə görə, ali təhsil müəssisələrində bu mexanizm bir neçə ildir tətbiq olunur və vəsait müəssisələrin saxlanma xərclərinə deyil, qəbul edilən tələbələrin sayına əsasən ayrılır. Təcrübənin uğurlu hesab edilməsi hökumətin ümumi təhsildə də modelə tədricən başlamaq barədə qərar qəbul etməsinə səbəb olub.
Babayev bildirib ki, adambaşı maliyyələşmə ümumi təhsildən sonra mərhələlərlə ilkin və məktəbəqədər təhsil pillələrinə də şamil ediləcək.