QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakıda güclü külək əsən vaxt azyaşlının bayrağı qorumaq üçün göstərdiyi cəhd sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunub.

Kadrlarda uşağın bayrağın yerə düşməsinin qarşısını almaq məqsədilə dirəyə qalxmağa çalışdığı görünür. Küləyin gücü və boyunun dirəyə çatmaması işi çətinləşdirsə də, uşaq cəhdini davam etdirib.