QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bir qadına qarşı zorakılıq göstərildiyini əks etdirən görüntülər yayılıb.

Kadrlarda bir şəxsin qadının yaşadığı evə daxil olaraq pəncərələri sındırdığı və təhqiramiz sözlər işlətdiyi görünür. Hadisəni törədən şəxsin Həsənli Abbas Tağı oğlu olduğu bildirilib.

Həyatının təhlükə altında olduğunu deyən qadın sosial şəbəkədə kömək istəyib. Zorakılıqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.