QafqazNews Manset.az-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının Liqa mərhələsində keçirilən V tur oyununda “Beşiktaş” İsrailin “Hapoel Beer-Şeva” komandasını 2:1 hesabı ilə üstələyib.
Batumi şəhərində baş tutan qarşılaşmada Türkiyə klubunun qollarını 75-ci dəqiqədə Junior Olaitan, 90-cı dəqiqədə isə Orkun Kökçü vurub. Kökçü ilk hissənin 45+4-cü dəqiqəsində təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.
Matçın gedişində zərbə alan və başı gicəllənən Emirhan Topçu ehtiyat məqsədilə xəstəxanaya aparılıb.
Oyunun 25-ci dəqiqəsində “Beşiktaş” tərəfdarları tribunada Fələstin bayrağı açıblar. Gürcüstan polisi azarkeşlərə sərt müdaxilə edib və bibər qazından istifadə edib. İnsidentdən sonra dayandırılan qarşılaşma 40 dəqiqə keçdikdən sonra davam etdirilib.
Matçdan əvvəl isə “Beşiktaş”ın futbolçuları rəqib komandanın oyunçuları ilə əl sıxmayıblar.