QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, TƏBİB Binəqədi rayonunda iki azyaşlının ölümü ilə bağlı təcili tibbi yardım briqadalarının fəaliyyəti barədə məlumat verib.

Qurumun açıqlamasına görə, noyabrın 7-də saat 09:35-də, eləcə də noyabrın 22-də saat 06:45-də Bakı şəhərinin Aşağı Sulutəpə ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hər iki ünvana briqadalar göndərilib.

TƏBİB bildirib ki, 7 noyabr 2026-cı ildə 2015-ci il təvəllüdlü qız, 22 noyabr 2026-cı ildə isə 2017-ci il təvəllüdlü qız həkiməqədər ölüb.

Məlumatda qeyd olunur ki, hadisələr Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova noyabrın 7-də, kiçik bacısı Nuranə isə noyabrın 23-də vəfat edib.