QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Aşağı Sulutəpə ərazisində bir ay ərzində iki bacı vəfat edib.

Onlardan biri üçün noyabrın 7-də saat 09:35-də, digəri üçün isə noyabrın 22-də saat 06:45 radələrində təcili tibbi yardım çağırılıb.

TƏBİB-in məlumatına görə, hər iki hadisədə həkiməqədər ölüm faktı qeydə alınıb. Ölən uşaqlar 2015 və 2017-ci il təvəllüdlü olublar.