QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Birbank istifadəçiləri bank çıxarışlarını banka getmədən, mobil tətbiqdə PDF formatında əldə edə bilərlər. Sənəd rəqəmsal möhür və imza ilə hazırlanır. Bunun üçün tətbiqdə “AI assistent” bölməsini açıb “çıxarış əldə etmək istəyirəm” yazmaq lazımdır.

Çıxarış sifarişinə əməliyyat tarixçəsindən və müvafiq kartın menyusundan da keçmək mümkündür. Müxtəlif giriş variantları müştərilərə uyğun yolu seçməyə imkan verir.

İstifadəçi əvvəlcə hesabı, daha sonra isə çıxarış üçün tələb olunan müddəti müəyyənləşdirir. Seçimlərə 1, 3, 6, 12 və 36 ay daxildir. Həmçinin konkret tarix aralığını göstərmək olar.

Sənəddə yalnız daxil olan, yalnız çıxan və ya hər iki növ əməliyyatın yer almasını seçmək mümkündür. Dil müəyyən edildikdən sonra çıxarış PDF şəklində, bankın rəqəmsal möhürü və imzası ilə hazırlanır.

Sifarişin tamamlanması bir neçə dəqiqə çəkir. Çıxarış və onunla bağlı yazışma Birbank çatının arxivində 7 gün saxlanılır və həmin müddətdə sənədə yenidən baxmaq mümkündür.

Rəqəmsal çıxarış xidməti ödənişsizdir. Yenilik istifadəyə verildikdən sonra bu xidmətdən yararlanan Birbank müştərilərinin sayı əvvəlki dövrlə müqayisədə 45 faiz yüksəlib. Məlumatda artım müştərilərin bank xidmətlərini rəqəmsal kanallarda müstəqil idarə etməyə marağının artması ilə əlaqələndirilir.

Bildirilib ki, maliyyə sektorunda ilk olan bu yenilik bank xidmətlərinin müştərilərin özləri tərəfindən idarə olunması istiqamətində atılan addımlardandır. Bank sənədlərinin tətbiqdə müstəqil əldə edilməsi rəqəmsal xidmətlərə çıxışı genişləndirir.

Birbank Kapital Bank-ın əmtəə nişanıdır. Tətbiqin 3 milyondan çox aktiv istifadəçisi var. Bankın Azərbaycandakı filial şəbəkəsinə 120 filial, 48 şöbə və 19 Rəqəmsal Mərkəz daxildir.