QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Boka Xuniors” Argentina çempionatının son turunda “Defensa Xustisiya”ya 1:0 hesabı ilə qalib gələrək çempionluğa yüksəlib. Görüşün yeganə qolunu Enner Valensiya 90+6-cı dəqiqədə vurub.
Bu qələbə ilə xalını 63-ə çatdıran Buenos-Ayres təmsilçisi ən yaxın izləyicisi “Rosario Sentral”ı bir xal qabaqlayıb.
“Boka Xuniors” tarixində 36-cı dəfə Argentina çempionu olub. Komanda bundan əvvəl bu uğura 2022-ci ildə nail gəlib. Çempionluqların sayına görə klubdan öndə yalnız 38 titul qazanan “River Pleyt” yer alır.