QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində 27 ümumi təhsil məktəbi və 13 məktəbəqədər müəssisə fəaliyyətə başlayıb. Hazırda bu təhsil ocaqlarında 6 576 şagird və uşaq təhsil alır.
Təhsil infrastrukturu doğma yurdlarına köçən ailələrin təhsil xidmətlərinə çıxışını təmin etmək məqsədi daşıyır.
Həmin ərazilərdə təhsil müəssisələrinin inşası, bərpası və fəaliyyətinin təşkili üzrə işlər davam edir.