QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Cəlilabad şəhərinin Qurtuluş küçəsi 33 ünvanındakı “Orxan” şadlıq sarayının yerləşdiyi qeyri-yaşayış sahəsi hərrac yolu ilə satışa çıxarılıb, lakin ilk cəhddə alıcı tapılmayıb.

İcra məmurlarının sifarişi ilə hərraca qoyulan iki mərtəbəli binanın ümumi sahəsi 1 197,7 kvadratmetrdir. Obyektdə 8 otaq var.

İlk hərracda satış üçün müəyyənləşdirilən minimum məbləğ 323 min manat olub. Dekabrda baş tutacaq növbəti hərracda isə bina 247 min manat ilkin qiymətlə təklif ediləcək.