QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Litvada təhsil alan azərbaycanlı tələbələrin sayı təxminən 800 nəfərdir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə keçirdiyi birgə mətbuat brifinqində bildirib.

Bayramov qeyd edib ki, iki ölkə arasındakı münasibətlər baxımından bu məsələ əhəmiyyət daşıyır. Onun sözlərinə görə, ötən il Azərbaycana 3000-dən artıq turist səfər edib və Litva ilə birbaşa uçuşların gündəmdə saxlanılması vacibdir.