QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Rusiya Sambo Çempionatının medalçısı Vatsilov Davudov Dağıstanda baş verən silahlı hücum nəticəsində öldürülüb.
Hadisə “Mərakeş” ziyafət zalının önündə qeydə alınıb. 31 yaşlı idmançı orada təşkil olunan tədbirdə iştirak edib. O, binanı tərk edərkən naməlum şəxslər qara rəngli “Toyota Camry” markalı avtomobildən ona atəş açıblar. Güllələrdən biri Davudovun başına dəyib.
Ağır yaralanan idmançı xəstəxanaya aparıldığı vaxt yolda dünyasını dəyişib. Hücum edənlər hadisə yerindən qaçıblar, avtomobil isə axtarışa verilib.
Davudov Rusiyanın idman ustası olub. O, 2016-cı ildə Avropa Cüdo Kubokunun qalibi, 2023-cü ildə isə Rusiya Sambo Çempionatının bürünc medalçısı olub.