QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Xəzər rayonunun Qala qəsəbəsində, Xaşaxuna bağlarında yaşayan sakinlər yaxınlıqdakı fermanın yaratdığı vəziyyətdən narazıdırlar. Onların bildirdiyinə görə, əraziyə yayılan kəskin qoxu və antisanitariya yaşayışı çətinləşdirir.

Sakinlər qoxu üzündən həyətə çıxmaq, hətta evləri havalandırmaq imkanının olmadığını deyirlər.

Onlardan biri bildirib ki, ərazidə uzun müddətdir yaşayırlar və ferma fəaliyyətə başladıqdan sonra çətinliklə üzləşiblər. Sakin sözlərinə görə, pis qoxuya görə həyətə çıxmaq olmur, ətrafı milçəklər basıb. Aidiyyəti qurumlara müraciət etsələr də, əraziyə baxış keçirən olmayıb.

Digər sakin isə antisanitariya vəziyyətinin geniş yayıldığını, heyvan cəsədlərinin kəsilərək əraziyə atıldığını söyləyib. O, milçəklər və kəskin qoxu səbəbindən çölə çıxmağın mümkün olmadığını vurğulayıb.