QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Türkiyə Superliqasına liderlik edən “Qalatasaray”ın qış transfer dövründə beş oyunçu ilə vidalaşacağı gözlənilir.

Türkiyə mətbuatında yayılan məlumata görə, Leroy Sane, İlkay Gündoğan, Lesli Uqoçukvu, El Şadayl Bişabu və Kaan Ayhan komandanı tərk edə bilərlər. Onların indiyədək qol vurmadığı və məhsuldar ötürmə etmədiyi bildirilir.

Ayrılıq ehtimalı daha yüksək olanlar mövsümün əvvəlində icarəyə götürülmüş Uqoçukvu və Bişabudur. Klub rəhbərliyinin bu iki futbolçunun yanvar ayında komandadan getməsini nəzərdə tutduğu qeyd olunur.

Sane-nin ehtiyatda qalmasından narazı olduğu, nümayəndələrinin isə “Ştutqart”la qarşılaşmadan əvvəl İstanbulda danışıqlar apardığı bildirilir.