QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsində Qazaxıstan və Slovakiya yığmaları arasında keçiriləcək oyunun baş hakimi təyin olunub.

Qarşılaşma noyabrın 16-da baş tutacaq. Baş hakimin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq, dördüncü hakim vəzifəsini isə İnqilab Məmmədov icra edəcək. Nicat İsmayıllı VAR köməkçisi, avstriyalı Alan Kiyas isə VAR hakimi kimi çalışacaq.

Matç Astananın “Astana Arena” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.