QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Suriyanın Cərmana şəhərində bomba yerləşdirilən avtomobil partlayıb.

Partlayış nəticəsində iki nəfər həyatını itirib, daha iki nəfər yaralanıb. Hadisə yerinə mülki müdafiə qüvvələri cəlb olunub.

Partlayışı kimin törətdiyi hələ müəyyənləşdirilməyib.