QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə duet üzərində işləyir.

Sənətçi “MTV Maqazin”ə açıqlamasında Pop Diva ilə birgə mahnı hazırlamaq niyyətində olduğunu deyib. Dato və Aygün Kazımova artıq görüşərək ifa oluna biləcək mahnı barədə fikir mübadiləsi aparıblar. Hazırda duetə uyğun musiqi axtarılır.

Dato Xalq artisti ilə oxumaq təklifini xüsusi fürsət saydığını bildirib və ona heyran olduğunu vurğulayıb: “Mənim üçün Aygün Kazımova ilə duet oxumaq şərəfdir. O, divadır”.