QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkil etdiyi II “Zəfər kuboku” minifutbol yarışı yekunlaşıb. Turnir 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin 6-cı ildönümünə həsr olunub.

Oktyabrın 4-də başlayan yarışda Birliyin üzv təşkilatlarını təmsil edən 16 komanda iştirak edib. Həlledici oyunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) komandası Suraxanı Rayon Sukanal İdarəsinin kollektivi ilə qarşılaşıb.

Final matçında ADSEA 8:2 hesabı ilə üstün olub. Yarışın yekununda birinci yer ADSEA komandasına, ikinci yer Suraxanı Rayon Sukanal İdarəsinə, üçüncü yer isə ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin komandasına verilib.

Qaliblərə kubok və medallar təqdim edilib. “Ən məhsuldar oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyalarında fərqlənənlər də mükafatlandırılıblar.