QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp UFC rəhbəri Dana Uayta Ağ Evin mətbuat katibi olmağı, bir sıra tanınmış MMA döyüşçülərinə isə onun köməkçisi kimi çalışmağı təklif edib.
Tramp təklifini “Truth Social” platformasında paylaşıb. O, köməkçi vəzifələri üçün İslam Maxaçev, Həbib Nurməhəmmədov, Castin Qetci, Deniel Kormye, Amanda Nunes və Kayla Harrisin adlarını sadalayıb.
“Onun köməkçiləri kimi İslam Maxaçevi, Həbib Nurməhəmmədovu, Castin Qetci, Deniel Kormyeni, Amanda Nunesi və Kayla Harrisi cəlb etməsini istədim. Onların bəziləri ölkəmizdən olmasa da, bizi solçulardan qorumaq üçün bu insanlara ehtiyacımız var. Dana, xahiş edirəm, vəzifəni qəbul et”, – Tramp yazıb.