QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan bəzi taksi sürücüləri ilə münasibətlərinin adi sərnişin-sürücü əlaqəsindən daha yaxın olduğunu bildirib. O, bu barədə “Kəşfet” proqramında danışıb.

Müğənni sürücülərdən birinin evində qonaq olduğunu da söyləyib. Seyidcahanın sözlərinə görə, Xaçmazda olarkən həmin şəxsə zəng edib və evə gedib. Orada onun üçün süfrə açılıb, ev sahibi qaz əti bişirib.

“Bəzi taksi sürücüləri ilə, demək olar, evli kimiyəm. Hətta onlardan birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng etdim ki, gəlirəm. Getdim, gördüm, bizə gözəl süfrə açıblar”, – deyə sənətçi bildirib.

Avtomobilinin olmadığını qeyd edən Elza Seyidcahan maşın almağı düşündüyünü, lakin kreditə müraciət etməyəcəyini deyib. O, nəqliyyat vasitəsini nağd pulla almaq niyyətində olduğunu vurğulayıb.

“Avtomobillə gəzməməkdə nə var ki… Maşınım yoxdur, almaq fikrim var. Amma kreditlə yox, nağd alacağam. Cip xoşlayıram, çünki rayonlarda və yollarda oluram. Uşaqlıqda “Niva”nı sevirdim”, – deyə müğənni əlavə edib.