QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, müğənni Emrah Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.
Sənətçi təbrikini video vasitəsilə çatdırıb. O, azərbaycanlı pərəstişkarlarına ünvanlandığı müraciətində ölkə xalqına sevgisini ifadə edib.
“Salamlar, çox dəyərli azərbaycanlı pərəstişkarlarım. 8 Noyabr – Zəfər Gününüzü ən içdən arzularımla təbrik edirəm. Hər birinizə öz sevgimi göndərirəm. Sizi çox sevirəm”, – deyə Emrah bildirib.