QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, aktyor Şəhriyar Əbilov Hollivuddan dəvət aldığını və bu təklifi qəbul edən ilk azərbaycanlı aktyor olduğunu açıqlayıb. O, bu barədə “Kəşfət” proqramında danışıb.

Əbilovun sözlərinə görə, Yaponiyada yayımlanan və yüksək izləyici sayı toplayan serialda rol almasından sonra ölkədə Azərbaycana maraq yüksəlib. Bəzi yapon turistlər serialın çəkildiyi yerləri onunla birlikdə gəzmək üçün pul təklif edirlər.

Aktyor layihədən qazandığı məbləği də açıqlayıb. O bildirib ki, 15-20 günlük çəkilişlərə görə 50 min qazanıb və həmin gəlirdən dövlətə vergi ödəyib.