QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Rusiyada Yeni il məclisləri üçün ən çox tələb olunan müğənnilər Filipp Kirkorov və Qriqori Lepsdir.
Bu barədə musiqi tənqidçisi Yevgeni Babiçev məlumat verib. O, müsahibəsində kifayət qədər vəsaiti olan şirkətlərin tədbirlərində əsasən bu iki ifaçıya üstünlük verdiyini deyib.
Babiçevin sözlərinə görə, onların çıxışı müxtəlif yaş qruplarından olan əməkdaşların marağına uyğun gəlir və gözlənilən nəticəni verir. Müğənnilərin xidmətləri ucuz olmasa da, repertuarındakı mahnıların geniş tanınması həm gənc, həm də yaşlı işçilərin zövqünə xitab edir.
Tənqidçi populyarlıq siyahısında sonrakı yerləri Tatyana Bulanova, Polina Qaqarina və Sergey Lazarevin tutduğunu bildirib.