QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, müğənni Arzu Mirzəyeva burnunun formasını dəyişdirmək məqsədilə cərrahi əməliyyat keçirib.

Müdaxilə zamanı sənətçinin qabırğa nahiyəsindən götürülən qığırdaq toxuması burun hissəsində istifadə olunub.

Məlumata əsasən, müğənni əməliyyatdan sonra görünüşü ilə bağlı narahatlıqlarının aradan qalxdığını deyib. Hazırda onun səhhətinin orta vəziyyətdə olduğu bildirilir.

Arzu Mirzəyevanın əməliyyatdan sonrakı görüntüləri sosial şəbəkələrdə yayımlanıb.