QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Dövlət Ehtiyatları Agentliyinin Aparat rəhbəri vəzifəsinə Əhməd Talıbov təyin olunub. Təyinatla bağlı sərəncamı qurumun sədri Səbuhi Sadıqov imzalayıb.

Talıbov bu vəzifəyə qədər Agentliyin Strateji planlama və maliyyə departamentinin direktoru işləyib.

Əhməd Rövşən oğlu Talıbov 1989-cu ildə anadan olub. O, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadi kibernetika” üzrə bakalavr, 2014-cü ildə isə eyni ali məktəbdə “Maliyyə” ixtisası üzrə magistr təhsili alıb.