QafqazNews Manset.az-a istinadən xəbər verir ki, dövlətin xeyrinə imtina edilmiş mallar üzrə gömrük ödənişlərinin alınmaması təklif olunur.
Bu müddəa Gömrük Məcəlləsinə dəyişiklik layihəsində yer alıb. Layihəyə əsasən, həmin mallara yalnız gömrük rüsumları və vergilər deyil, gömrük ödənişlərinin bütün növləri tətbiq edilməyəcək.
Gömrük Məcəlləsinin 224-cü maddəsində gömrük ödənişlərinə gömrük orqanlarının müvafiq normativ hüquqi aktlara əsasən tutduğu rüsumlar, vergilər, gömrük yığımları və dövlət rüsumları aid edilir.