QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, müğənni Lətifə Soyuöz ad günü mərasimində çıxışı zamanı aparıcı Afaq Gəncəliyə minnətdarlığını bildirib və onunla bağlı xatirələrini bölüşüb.

Soyuöz deyib ki, verilişə başladığı vaxt həyəcanlı olub. Afaq Gəncəli həmin dönəmdə ona mesaj yazaraq ehtiyac yaranarsa kömək üçün yanında olacağını bildirib. Müğənni aparıcının qarşılıq gözləmədən dəstək göstərdiyini vurğulayıb.

“Afaqa xüsusi minnətdarlıq etmək istəyirəm. Verilişə başlayanda çox həyəcanlı idim. Afaq mənə mesaj göndərdi ki, əgər yardıma ehtiyacın olarsa, gəlib yanında olaram. Dedi ki, sənə kömək edəcəyəm. Maqazin dünyasının kraliçası mənə dəstək oldu. Hər zaman sevinirəm ki, Afaq Gəncəli kimi dostum var. Ona hər zaman müraciət etmişəm, təmənnasız yanımda olub. O qədər ürəyimdə ona arzularım var ki... Heç vaxt dəstəyini əsirgəmir”, - deyə Lətifə Soyuöz söyləyib.

Afaq Gəncəli də müğənninin sözlərinə cavab verərək onun haqqında xoş fikirlər səsləndirib. Aparıcı Soyuözün daxili zənginliyini, xanımlığını və işinə sevgi ilə yanaşmasını qeyd edib.

“O qədər əzizsiniz, daxili dünyanız zəngindir. Əsl xanımsınız. Lətifə nəyə əl atsa, bir imza olacaq. Sevərək yaradırsınız, insanları da sevərək seçirsiniz. Sizi aparıcı kimi görəndə dedim ki, bu xanım əla yerdədir. Sözünün kəsəri, gücü olan xanımdır. Qadın qadın kimi olmalıdır. Ondan qadın ətri gəlməlidir. Sizdən o qoxu gəlir”, - Afaq Gəncəli bildirib.