QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı gələcək planından danışıb. O, ailə quracağı təqdirdə musiqi fəaliyyətini dayandırma ehtimalını istisna etməyib.
İsmayılova bu barədə “İki rəng” verilişində danışarkən, onu sevəcək, dəyər verəcək və xoşbəxt edə biləcək biri ilə qarşılaşacağı halda ailəni seçib sənətdən uzaqlaşa biləcəyini söyləyib.
Sənətçinin sözlərinə görə, bu qərar yalnız ailə həyatı ilə əlaqəli ola bilər: “Əgər həyatımda layiqli bir həyat yoldaşı, mənə sahib çıxacaq, əsl sevgini və xoşbəxtliyi yaşadacaq bir bəy olarsa, ailə qurduqdan sonra sənətdən gedərəm. Yəni yalnız ailəm üçün sənətdən gedərəm”.