QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, aktyor Allahverdi Yolçuyev hələ də işlə təmin olunmayıb. Bir müddət əvvəl onun küçədə corab satdığını göstərən görüntülər sosial şəbəkələrdə yayılmışdı.

Yolçuyev səhhətində yaranmış problemlərə görə yeriməkdə çətinlik çəkdiyini bildirib. Aktyorun sözlərinə görə, işlə bağlı vəziyyətində dəyişiklik yoxdur.

“Güclə yeriyirəm, danışığım da korlanır. Artıq işləməyə halım yoxdur, huşum, yaddaşım qalmayıb. Mənimlə ailəmdən başqa, heç kim maraqlanmır. Hər şey yaxşı olar. Əsas sağlam candır…” – deyə o bildirib.