QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, xalq artisti Ağadadaş Ağayev sənət fəaliyyəti və ailəsi barədə danışıb.

Müğənni “Qonaqcanlı” verilişində beş nəvəsi olduğunu bildirib. Onun sözlərinə görə, gözəl səsə sahib oğlu hazırda dövlət məmuru işləyir.

Ağayev qeyd edib ki, oğlu vaxtilə musiqi ilə məşğul olub, toylarda çıxış edib, lakin daha sonra başqa peşə seçərək dövlət məmuru olmağa qərar verib.

Xalq artisti övladlarının müğənniliklə məşğul olmasını arzulamadığını deyib. O, bu mövqeyini sənət yolunda üzləşdiyi çətinliklərlə izah edib və nəvələrinin də müğənni olmasına qarşı olduğunu vurğulayıb:

“Nəvəmin müğənni olmasına icazə vermərəm. Ağadadaş adlı nəvəm var, onu da oxumağa qoymaram. Bir Ağadadaş var, bəsdir”.