QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycana səfər etməyi nəzərdə tutduğunu açıqlayıb.

Ərdoğan bu barədə mediaya danışarkən məlumat verib. O bildirib: “Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”.

Türkiyə Prezidenti iki ölkə arasındakı əlaqələri klassik diplomatik münasibətlərdən daha üstün səviyyədə xarakterizə edib. “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – deyə Ərdoğan vurğulayıb.