QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ermənistan elektrik şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemlərinə qoşmağı planlaşdırır. Baş nazir Nikol Paşinyan bu barədə İrəvanda çıxışı zamanı danışıb.
Paşinyanın sözlərinə görə, energetika və elektrik enerjisinin tranziti TRIPP proqramının əsas istiqamətlərindəndir. O, şəbəkələrin birləşdirilməsinin regionda qarşılıqlı enerji əlaqələrinin yaradılması və kommunikasiyaların açılması baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
Baş nazir Ermənistanın İran və Gürcüstanın enerji sistemlərinə artıq qoşulduğunu da bildirib. Onun qeyd edib ki, elektrik enerjisinin ötürülməsinin səmərəliliyini yüksəltmək üçün investisiya yatırılır.