QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb.

Hanoydakı Noi Bai Beynəlxalq Hava Limanında dövlət başçısı üçün fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikası Elm və Texnologiyalar Akademiyasının prezidenti Tran Honq Thai, eləcə də digər rəsmi şəxslər yola salıblar.