QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Cəmil Həsənlinin bacısı oğlunun saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti sorğuya cavabında iddiaları əsassız adlandırıb.
Qurumun açıqlamasına görə, həmin şəxs son günlər rayon polis şöbəsinə aparılmayıb və polis əməkdaşları onunla təmasda olmayıblar.
Bildirilib ki, o, bu il iyunun 3-də və iyulun 21-də sərxoş halda ictimai qaydanı pozduğuna görə saxlanılıb. Hər iki hal üzrə qəbul edilən qərarlara əsasən, ona müvafiq olaraq 100 və 50 manat cərimə yazılıb.
Sonuncu dəfə sentyabrın 11-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün qanunvericiliyə uyğun olaraq 400 manat cərimə tətbiq edilib.