QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın elan etdiyi yeni Konstitusiya layihəsinin mətni ölkədə müzakirələrə səbəb olub.
Sənəddə Qarabağa ərazi iddialarına əsas sayılan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması ilə yanaşı, başqa dəyişikliklər də yer alıb. “Hraparak” nəşrinin yazdığına görə, “erməni xalqı” ifadəsi layihədən çıxarılaraq “Ermənistan Respublikasının xalqı” sözləri ilə əvəz edilib.
Nəşr mətndə bəzi sadə ifadələrin də dəyişdirildiyini qeyd edib və onun, sanki, erməni dilini bilməyən şəxslər tərəfindən hazırlandığını bildirib.
Qarabağa ərazi iddialarının və “erməni” sözünün layihədə olmaması Ermənistanda, xüsusən müxalifət dairələrində etirazla qarşılanıb.