QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Fransada dəmir yolu işçilərinin tətili Eurostar-ın Paris–London xəttində azı beş reysin ləğvinə səbəb olub.

Şirkət noyabrın 25-də səhər saatları üçün nəzərdə tutulan reyslərin bir qisminin həyata keçirilməyəcəyini açıqlayıb. Brüsseldə də qatarların hərəkətində gecikmələr yaranıb.

Eurostar tətil barədə məlumatı gecə saatlarında aldığını bildirib. Ləğv edilən reyslərə bilet alan sərnişinlər biletlərini dəyişdirə və ya ödənişin geri qaytarılmasını istəyə bilərlər.

Dəmir yolu işçiləri illik danışıqlarda maaş artımı tələblərinin təmin olunmamasından sonra tətilə başlayıblar.