QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, muğam ifaçısı Güllü Muradova oğluna kiçik toy keçirmək planını həyat yoldaşı Rasim Yusifovun həbsindən sonra təxirə salıb.
Yusifovun üzərindən narkotik vasitə aşkar edildiyi üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə o, 25 sutka inzibati qaydada həbs edilib.
Bundan başqa, Rasim Yusifov müvafiq narkoloji dispanserdə qeydiyyata götürülüb və məcburi müalicəyə cəlb olunub.