QafqazNews Sputnik-a istinadən xəbər verir ki, Gürcüstandan 2026-cı ilin yanvar–oktyabr aylarında 234 min qoyun ixrac olunub və ixracın dəyəri 31,8 milyon dollar təşkil edib, məlumatı kənd təsərrüfatı naziriçiliyi yayıb.
Keçən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan qoyunların sayı 8 faiz, yəni 17 min baş artıb, ixracın dəyəri isə 40 faiz, yəni 9 milyon dollar çoxalıb.
Gürcüstan qoyun məhsullarını ümumilikdə yeddi ölkəyə satır. Əsas bazar olaraq Azərbaycan qalır — ümumi ixracın 46 faizi buraya gedib. İkinci yerdə Səudiyyə Ərəbistanı (26%), üçüncü yerdə isə İraq (13%) qərar tutub.