QafqazNews Manset.az-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında miqrasiya qanunvericiliyini pozduğuna görə Gürcüstandan ən çox Türkiyə vətəndaşları çıxarılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

İlin ilk doqquz ayında ölkədən ümumilikdə 3170 əcnəbi deportasiya edilib. Bu rəqəm 2025-ci ilin bütün ili üzrə qeydə alınan göstəricidən təxminən 2,5 dəfə yüksəkdir.

Deportasiya olunanlar arasında Türkiyə vətəndaşları 791 nəfərlə ilk sırada qərarlaşıb. Hindistan vətəndaşlarının sayı 306, Türkmənistan vətəndaşlarının sayı isə 274 nəfər olub.

İlk onluğa, həmçinin, 254 Rusiya, 180 İran, 143 Azərbaycan, 119 Çin, 101 Pakistan, 87 Özbəkistan və 76 Nigeriya vətəndaşı daxil edilib.